Şeyx Səbahətdin Türkyılmaz: Hüseyni qiyamının təhrif edilməsinə cəhdlər edilir

Şeyx Səbahətdin Türkyılmaz xütbəsinə Iğdır Aralıq mahalının Aşağı Çiftlik kəndində qıldığı cümə namazı xütbəsində Hüseyni qıyamdan reytinq vasitəsi kimi istifadənin təhlükəsini dilə gətirib.

Hüseyni qiyamını bu günə qədər yaşadan ixlaslı matəm və yas mərasimləridir; Mömin valideyinlərimin saf göz yaşları, gənclərin ixlaslı və səmimi sinəzənləri, fikir öndərlərinin düzgün rəhbərliyi bu qiyamın canlı və dinamik qalmasını təmin etmiş, tarixin hər dövründə zalımları və tağutları qorxutmuş, zaman-zaman bu mərasimləri qadağan etmələrinə səbəb olmuşdur.

Bu gün Hüseyn qiyamı zalımları və tağutları qorxutmayacaq şəkildə qeyd edilməsi isə ən böyük təhrifdir.

Misal üçün; Məhərrəm ayının sülh, qardaşlıq və birlik kimi təqdim olunması Hüseyni qiyam xəttini liberallaşdırmaq deməkdir.

İkinci təhrif isə şüursuz şəkildə mərsiyə və əzadarlığı ortalığa qoyub Qiyamın yönünü dəyişdirilməsinə səbəb olmaqdır. Unutmaq olmaz ki, matəm və yas məclisləri, sinəzən və mərasimlər Hüseyni Qiyamı anlamaq üçün vasitədir. Qiyamın yerini qəm tutmamalıdır.

Məhərrəmlikdə keçirilən matəm və yas mərasimlərinin üçüncü ən böyük təhrifi qurumların yarışı, təşkilatların reytinqi və tamahkarların qazanclarıdır.

Ən böyük təhriflərdən biri Hüseyni qiyamın ənənəvi anım mərasiminə çevrilməsi və müəyyən bir təriqət rəngi almasıdır.

Hüseyni qiyamın təhrif prosesində təsirli amillərdən biri xaricdən gətirilən alimlər və ictimai rəy məsələsidir. Türk cəmiyyətinin sosioloji quruluşu ilə tam tanış olmayan bu dəyərli alim və mühazirəçilər öz ölkələrində dəyərli xidmətlər göstərmiş ola bilərlər, lakin həm çıxışların məzmunu, həm də şeir və mərsiyələrin məzmunu yerli ictimaiyyətə uyğun olmalıdır. Çox vaxt bunun əksi görünür.

Başqa bir təhrif budur ki, son zamanlar şüurlu və ya şüursuz şəkildə edilən, reytinq qoxusu verən mərasimlərdir. Sənət adamlarının sadiq möminlərlə birlikdə yas mərasimlərini musiqinin müşayiəti ilə icra etmələri, xüsusən də qadın sənətçilərdən istifadə etmələri təhrifin miqyasını ortaya qoyur.

Din alimləri, mütəfəkkirləri, ziyalıları və dini həssaslığı olan gənc dindarlar onlara qarşı durmalıdır."