Seyib ibn Tavus və onun Luhuf əsəri

Əbu əl-Qasim Əli ibn Musa ibn Cəfər ibn Muhəmməd ibn Tavus əl-Hilli.

Seyid ibn Tavus.

“Luhuf” kitabı.

Seyid ibn Tavusun Aşura hadisəsini özündə ehtiva edən məşhur “Lufuf” kitabı. “Luhuf” Kərbəla hadisəsinindən bəhs edən ən qədim tarix yüklü ədəbi mənbəli kitabdır. Kitabın giriş hissəsində Aşura hadisəsinin əzəməti, Hüseyn ibn Əlinin (ə) mövqeyi, ona ağlamaq, yas tutmağın dəyəri barəsində məlumat verir. Kitab əsasən üç hissədən ibarətdir ki, birinci hissə İmam Hüseynin (ə) anadan olmasından Aşura hadisəsinə qədər olan dövrü, ikinci hissə Aşura hadisəsini əhatə edən İmam Hüseynin (ə) şəhadəti, üçüncü hissə İmam Hüseynin (ə) şəhadətindən sonrakı hadisələr, şəhidlərin başlarının nizədə Kufəyə göndərilməsi, İmam Hüseyn (ə) ailəsinin əsir düşdüyü, çətinliklərin təsviri qeyd olunur. Kitab əsirlərin Mədinəyə qayıtması, İmam Səccadın (ə) atasına axıtdığı göz yaşları, iztirab və acılarla sona çatır.

Bu kitabın rəvayətləri, bir çox digər tarixi kitablar kimi, məhdud şəkldədir və Seyid oxşar kitablarda şişirdilmiş materiallardan sitat gətirməkdən çəkinib. Müəllifin xarakteri və həmçinin qeyd olunan bir çox məzmunun digər rəvayətlərlə əlaqələndirilməsi səbəbindən bu kitab ümumiyyətlə etibarlıdır və istənilən şəxs tərəfindən istinad edilə bilər. “Luhuf”un birinci hissəsi giriş sözü müəllifin tərcümeyi halı , həyatı, təhsili haqqında məlumat yer alıb. İkinci hissədə İmam Hüseyn (ə) haqqında hədislər, Hüseynə (ə) ağlamağın fəziləti, Hüseynə (ə) ağlayan gözlərin qiyamət günündəki mükafatı kimi bir çox hədislər qeyd olunub. Eyni halda bütün bu hədislərin fonunda Seyid ibn Tavusun bu kitabı yazmaq məqsədi də öz əksini tapmışdır. Üçüncü hissədə İmam Hüseynin (ə) dünyaya gəlməsi və bu an baş verən hadisələr, Peyğəmbərin (s) uşağın bələyini əlinə alıb ağlaması, Peyğəmbərin (s) Hüseynə (ə) baxaraq onun yaşayacağı müsibətdən xəbər verməsi qeyd olunub. Dördüncü hissədə Yəzidin Mədinə valisi Vəlidə yazdığı məktub, Vəlidin Mərvanla məsləhətləşməsi, Vəlidin İmam Hüseyn (ə) ilə söhbəti, İmam Hüseynin (ə) Mərvana sərt reaksiyası, İmam Hüseynin (ə) şüurlu hərəkəti, “Allah yolunda öldürülmək xoşbəxtlikdir, yoxsa məhv?” düşüncəsi izah olunub. Beşinci hissədə İmam Hüseynin (ə) Məkkəyə gəlməsi və tayfa başçılarının tövsiyələrinə verdiyi cavab, Kufə xalqının İmam Hüseynə (ə) yazdıqları on iki mindən artıq məktubları və İmam Hüseynin (ə) son qərarı qeyd olunub. Altıncı hissədə İmam Hüseynin (ə) Kufədəki səfiri Müslüm ibn Əqil və insanların ona olan beyəti,  Yəzidin Kufədəki yeni valisi İbn Ziyadın təyini,  İmam Hüseynin (ə) Bəsrə valisinə məktubu, Yezid bin Məsudun Bəsrədəki çıxışı və insanların ona verdiyi cavab, Hənzəli qəbiləsinin cavabı, Təmim qəbiləsinin cavabı, Yəzid ibn Məsudun İmam Hüseynə (ə) məktubu, Mənzər ibn Cərudun taleyi, İbn Ziyadın hərəkətinin intensivliyi və Kufəyə doğru hərəkət etməsi,  İbn Ziyadın Kufə valisinin sarayına girməsindəki sirli hiyləsi yazılıb. Yeddinci hissədə Müslimin Haninin evinə köçürülməsi və İbn Ziyadın axtarışları, İbn Ziyadın Hani ilə söhbəti, Müslim İbn Əmrın Hani ilə etdiyi söhbət, Hani İbn Ziyadın qamçısından yaralanması və həbs edilməsi, Hanini qəbiləsinin üsyanı, səkkizinci hissədə Həzrəti Müslim ilə İbn Ziyadın tərəfdarları arasında qarşıdurma, Müslimin dişlərini qıran İbn Ziyadın cavabları, Həzrəti Müslimin şəhadəti, Hani ibn Urvənın şəhadəti, Yəzid İbn Ziyada hərəkətə keçməsi üçün verdiyi əmrlər yer alıb. Doqquzuncu hissədə İmam Hüseynin (ə) Məkkədən çıxması və iki nümayəndəyə verdiyi cavabı, Məkkədən çıxarkən İmam Hüseynin (ə) xütbəsi, İmam Hüseynin (ə) qardaşı Muhəmməd ibn Hənəfiyyə ilə söhbəti, İmam Hüseynə (ə) kömək etmək üçün mələk qoşunlarının gəlməsi və İmamın (ə) onlara cavabı, İmam Hüseynə (ə) kömək etmək üçün cin qruplarının gəlməsi və İmamın (ə) cavabı, onuncu hissədə İmam Hüseyn (ə) Kufədən gələn bir şəxslə görüşü, Əli Əkbərin (ə) qəhrəmanlıq sözləri, Kufədən gələn Əbu Hüreyrənin etirazının nə olduğu sualına cavab, Züheyir ibn Qeyinin Hüseyn (ə) karvanına qəhrəmanlıqla qoşulması, Müslimin (ə) şəhid olması və İmam Hüseynin (ə) matəm xəbərləri, on birinci hissədə Hüseyn (ə) karvanı Hürr karvanı ilə görüşməsi, İmam Hüseynin (ə) qısa xütbəsi, Züheyir və sairlərin hisslərinin ifadəsi, İmam Hüseynin (ə) Kərbəlaya gəlişi, dünyanın vəfasızlığının şeirləri və Xanım Zeynəbin (s.ə.) göz yaşları, on ikici hissədə Kərbəladakı müharibənin ikinci hissəsi və hadisələr, Kərbəlaya çatmaq, girişində İmam Hüseynin (ə) xütbəsi, Qəm karvanının gözü yaşlı xanımları, Şimirin Abbas (ə) və qardaşlarına yazdığı məktubu Abbasın (ə) rədd etməsi, bir gecəlik möhlət istəmək, Hüseyn (ə) və Zeynəbin (s.ə.) söhbəti, Aşura hadisəsi, İmam Hüseynə (ə) həmsöhbətlərindən həmd, dostların-qohum olmayanların sədaqətlərini ifadə etmək, Hüseynin (ə) duaları və otuz iki düşmənin onlara qoşulması, on üçüncü hissədə Aşura gecəsində gülmək və zarafat etmək, İmam Hüseynin (ə) düşmənə qarşı alovlu xütbəsi, Aşura günündə ilk kütləvi hücumlar, on dördüncü hissədə Hürr Hüseynə (ə) qoşularaq şəhid olması, Vəhəb ibn Həbabə Kəlbi, Müslim ibn Övsəcə, Əmr ibn Qurta Ənsari, Əmr ibn Xalid, İbn Səd və sairlərin şəhadəti, İmam Hüseynin (ə) Aşura günü sonuncu namazını qılması, on beşinci hissədə İmam Hüseynin (ə) ailəsi, yaxın qohumlarının meydanda getməsi, Həzrət Qasimin (ə) şəhadəti, Əli Əsğərin (ə) şəhadəti, Həzrəti Abbasın (ə) şəhadəti, on altıncı hissədə Hüseynin (ə) düşmənlə qəhrəmanlıq mübarizəsi, müharibənin son anları və İmam Hüseynin (ə) faciəli şəhadəti, Xanım Zeynəbin (s.ə.) fəryadı və sairlər yer alıb.

 

“Cəmalul Arifin” ləqəbi ilə tanınmış Əbu əl-Qasim Əli ibn Musa ibn Cəfər ibn Muhəmməd ibn Tavus əl-Hilli ata və ana tərəfindən şəcərəsi İmam Həsən (ə) və İmam Səccadın (ə) nəslindən olduğu üçün Zül-Hüseyni kimi tanınan nəsildəndir. Atası Musa ibn Cəfər öz zamanının bilikli elm sahibi, anası Əbu Farsinin qızı isə təqvalı xanımlardan idi. Atası Musa ibn Cəfərin hədis toplumundan ibarət əl yazmaları olur ki, o dünyasını dəyişdikdən sonra oğlu onu kitab halına salır. Seyid ibn Tavusun qardaşı Əhməd ibn Tavus da böyük alimlərdən olunr ki, Seyid dünyasını dəyişdikdən sonra böyük alim yetimlərin qəyyumu kimi fəaliyyət göstərir.

Seyid ibn Tavus 21 yanvar 1193-cü ildə İraqın Hillə şəhərində anadan olur. İbtidai təhsilini ailəsindən, atasından alan İbn Tavus mədrəsə həyatını Hillədə başlayır. İslam və sair elmlərlə tanışlığının növbəti mərhələsi isə dövrün böyük elm mərkəzlərindən biri olan Kazimeynə gəlişi ilə davam edir. Səthi dərsləri burada bitirən İbn Tavus tədrisin başqa sahələri ilə də geniş formda məşğul olur. 1228-ci ildə, ailə qurduqdan sonra İbn Tavus mərkəzə, Bağdada köçür. On beş il boyunca burada elmi, ictimai və sosial işlərlə məşğul olaraq Bağdad kitabxanasının zənginliklərindən istifadə edir. 1242-ci ildə Seyid Hilləyə qayıdır. Lakin o burada üç il qaldıqdan sonra, 1245-ci ildə tədris-təhsil üçün Nəcəf şəhərinə gəlir. Burada o, yeddi ilə qədər olan bir müddətə qalır. Onun növbəti səfəri Kərbəla şəhərinə olur. 1252-ci ildə o, Kərbəlada “Fərəcəl Məhmun” kitabını yazıb bitirir. 1254-cü ildə İbn Tavus Samirraya qayıdır və dünyasını dəyişən günə qədər də burada qalır. 1266-cı il, Zilqədə ayının 5-də böyük filosof Samirrada, yaşadığı evdə də dünyasını dəyişir.

İbn Tavus Bağdaddakı Nizamiyyə və Mustənsiriyyə mədrəsələrindəki alimlərlə əlaqə qurur və intellektual müzakirələr aparır. Abbasi xilafəti dövründə ona məsləhətçi, hakim vəzifələri təklif olunsa da Seyid bu təkliflə razılaşmayaraq təhsil və tədrislə məşğul olmağı daha məqbul bilir. İbn Tavus hicri 1254-cü ildə monqol Hulaki Xanın yürüşü ilə eyni vaxtda Samirraya qayıdır. 1258-cı ildə Monqollar Samirranı ələ keçirmək üçün apardıqları mücadilə nəticəsində Bağdad düşmən tərəfindən tutulur. Monqollar istilaları zamanı şəhərə divan tuturlar. Xacə Nəsrəddin Tusinin Hulaki Xandan aldığı əmannaməyə görə Seyid İbn Tavus Monqolların qurbanı olmur. Bundan əlavə Seyid minə yaxın insanı da pənahına alaraq onları əsir düşmək təhükəsindən qoruyur. Lakin bu Seyidə çox da ucuz başa gəlmir. Belə ki, 1263-cü ildə Hulakı xanın ona məhkəmə hakimliyi təklifi Seyidin razılığı olmasa da bir çox ümumi güzəştlərə görə bu vəzifəni qəbul etməsi ilə nəticələnir. Tarixdə Seyid ibn Tavus adını daşıyan məhkəmə də bu dövrün məhsuludur. Seyid ibn Tavus 8 Avqust 1266-cı ildə Samirrada dünyasını dəyişir və onu öz təşəbbüsü ilə İmam Əlinin (ə) türbəsində hazırladığı məzarda dəfn edirlər.  

İbn Tavus 50-yə yaxın əsər yazmışdır. Bunlardan: “Həftəlik əməllər”, “Ayın əməlləri”, “İqbalul-Əmal”, “Namazın sirri”, “Kəşful Muhaciyə”, “Əl Luhuf”, “Yəqinlik”, “Fəllahus-Sailin”, "Məhcul-Dəəvat", “Fərəc Əl-Məhmum Fi Tarıx Əl-Ulum Əl-Nucim”, “Ruhu hesabı” kitablarının adını qeyd etmək olar. İbn Tavusun "Kəşful-Muhacə" kitabı müəllimi Nəciməddin Muhəmməd ibn Namə Hillidən bəhs edir. Bundan əlavə İbn Tavus 1500-dən çox müxtəlif kitab və əl yazmalardan ibarət şəxsi kitabxanaya malik olub. Bu kitabların böyük əksəriyyəti Monqol istilası zamanı məhv olsa da onlardan qalanları da olur. Monqolların istilası bitəndən sonra Seyid kitabxanasını bərpa edərək orada 670-dən artıq kitbları yenidən toplaya bilir. Maraqları daha çox mənəvi məsələlərə yönələn Seyidin əsərlərinin bir çoxu da məhz dua və zikirlərlə əlaqəlidir. Fiqh elmində özünəməxsus uğurunun olmasına baxmayaraq Seyid ibn Tavus ona təklif olunan fətva vermək səlahiyyətini üzərinə götürməmişdir. Bəlkə elə buna görədir ki, hətta ona ən sadə fiqh sahəsində verilən sualları belə digər din sahiblərinə yönəldərək cavab vermək istəməmişdir. Bununla belə Seyidə məxsus iki fiqh, xüsusən namaz sahəsində kitablar qələminin məhsuludur.

Seyid ibn Tavusun məzarının yeri haqqında bəzi qarışıq fikirlər də kitablarda yer alır. Bəziləri onun Samirrada dünyasını dəyişməsinə baxmayaraq məzarının Hillədə olduğunu yazırlar. Hətta buna sübut olaraq adı və soy adı yazılmış məzar daşı da göstərilir. “Fəllahus Sailin” kitabında Seyid öz məzarının özü tərəfindən hazırlandığını və bunun İmam Əli (ə) türbəsində olduğu qeyd olunub.

Müxtəlif zamanlarda Seyid ibn Tavusa dərs demiş bəzi müəllimləri: Hüseyn ibn Əhməd Suravi, Əli ibn Yəhya ibn Əli Xəyyət, Əsəd ibn Əbdül Qahir Şəfruh, Nəcibuddin ibn Nəma, Fəxr İbn Məad Musəvi, Muhəmməd ibn Mədd, Həsən ibn Dərbi, Salim ibn Məhfuz, Muhəmməd ibn Abdullah İbn Zəhra, Yəhya ibn Muhəmməd Suravi. Seyid ibn Tavusun bəzi şagirdləri : Sədid əd-Din Hilli (Əllamə Hillinin atası), Əllamə Hilli, Həsən ibn Davud Hilli, Əbdül Kərim ibn Əhməd ibn Tavus, Əli ibn İsa Ərbəli.

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi