Serbiya-Macarıstan sərhədində atışma - Ölən var

Serbiya-Macarıstan sərhədində atışma baş verib. 

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, sərhəd yaxınlığındakı Subotiça şəhərinin kənarında miqrantlar arasında atışma nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, atışma miqrantlar arasında qaçaqmalçılıq zəminində yaranan mübahisə zəminində baş verib.

Subotiça şəhərinin meri Stevan Bakiç yerli sakinləri əmin edib ki, onların həyatı üçün təhlükə yoxdur.