Separatçıların lideri ermənilərin Laçını tərk edəcəyini təsdiq edib

Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün Qarabağ "parlamentində" ermənilərin Laçını tərk etməli olduğunu bəyan edib. Bu barədə Operativ.tv Turan-a istinadən məlumat verib. 

"Həmvətənlərimizin Laçında yaşamağa davam etməsi mümkünlüyünün çox az olduğunu hesab edirəm", deyə Arutyunyan qeyd edib ki, etiraz etdikləri təqdirdə "Yerevanda yaşayan siyasi xadimlər və ya vəzifəli şəxslər cavab verməyəcək, saniyələr ərzində bunun ağır bəhrələrini biz toplamalı olacağıq". 

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan və Qarabağ arasında yeni yol çəkilməsi ilə əlaqədar ermənilər Laçın şəhərini qaytarmalıdırlar. Hazırki yol Laçın şəhərindən keçir, burada heç vaxt ermənilər olmayıb.

Yeni yol yaxın gələcəkdə təhvil verilməlidir, amma Ermənistan elitasının bir hissəsi Laçını tərk etməyin əleyhinə çıxır, bu da Azərbaycan SQ ilə yeni döyüşlərə və ermənilər üçün növbəti ərazi itkilərinə səbəb ola bilər.