Sepah: Terrorçulara qarşı cavabımız qətiyyətli və dağıdıcıdır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunları bir məlumatda bildirib ki, Sepah-ın quru qoşunlarının quldurlara, terrorçulara və İran İslam Respublikası əleyhinə şər işlərin əsas mənşələrinə qarşı cavabı qətiyyətli və dağıdıcıdır.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzə Seyyidüş-şühəda qərargahı çərşənbə günü dəqiq raketlər və qırıcı pilotsuzlarla separatçı terrorçuların qərargahlarını hədəfə alıb.

İslam İnqilabı Keşikçiləri Korpusu sentyabrın 24-də də İraqın Kürdüstan bölgəsində yerləşən separatçı terrorçulara qarşı artilleriya əməliyyatına başlamışdı.

Bu istiqamətdə Sepah-ın quru qoşunlarının Həmzə Seyyidüş-şühəda qərargahının İraqın şimalında yerləşən separatçı əks-inqilabçılar və terrorçu qruplaşmaların yerləşdikləri məkan və mərkəzlərin məhv edilməsi üzrə əməliyyatının davamında bu qoşunların ictimai əlaqələr bölməsi bir məlumatda vurğulayıb:

"Terrorçu və separatçı qruplaşmaların İraqın şimal bölgəsindən geniş şər hərəkətlərinin güclənməsi və son iğtişaşlarda bəzi terrorçu-separatçı qruplaşmaların açıq-aşkar və birbaşa müdaxilə və rollarının sübut edilməsi, həmçinin terrorçu Komele qruplaşması tərəfindən İranın nüvə təsisatlarında ən iri təxribat fitnəsinin aşkar edilib, zərərsizləşdirilməsi və İraqın şimal bölgəsinin bu terrorçuların qərargahlarının yığışdırılması barədəki xatırlatmalar və xəbərdarlıqlara etinasızlıq etməsinin ardınca, Sepah-ın quru qoşunları qətiyyətli və cavab reaksiyasında, son şər hərəkətlərin təşkil və himayə edilməsi tapşırığını da yerinə yetirən kəslərin üzə çıxarılmış mərkəz və qərargahlarını ağır atəşə tutublar".

Məlumatda həmçinin bildirilib:

"İraqın şimal bölgəsindən terrorçu qruplaşmaların özəkləri və ünsürlərinin, xüsusən İranın Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşah vilayətlərindəki şər və terror hərəkətlərinin davam edib, şiddətlənməsi və İqlim hökumətinə verilən xəbərdarlıqlar və xatırlatmaların təsirsiz qalmasının ardınca bu qüvvə, müxtəlif tipli raketlər, qırıcı və döyüş pilotsuzlarından bəhrələnməklə, terrorçuların dərinliklərində yerləşən baza və qərargahlara qarşı əməliyyatlar silsiləsinə başlayıb və indiyədək müəyyən edilmiş əksər hədəflərə zərbələr endirib və onları məhv edib".