Sədr və Qaani arasındakı görüşün təfərrüatları

Adının açıqlanmasını istəməyən mənbə İran İslam Respublikası İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani ilə Nəcəfdə Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr arasında keçirilən görüşün təfərrüatlarını açıqlayıb. Mənbə Bağdad əl-Yovm xəbər saytına bildirib: “General Qaani Nəcəf və Kərbəlanı ziyarət etdikdən sonra dünən axşam saatlarında Əl-Hənnanə rayonunda Sədr Hərəkatı liderinin evində Müqtəda əs-Sədrlə təkbətək görüşüb. O, Müqtəda əs-Sədrə məxsus Sədr Hərəkatının “əl-Əttar əl-Tənsiki” adlı Şiə Koordinasiya Komitəsi ilə parlament daxilində bir partiya yaratmasını müsbət qiymətləndirib.”

Bu komitənin yaradılmasında məqsədin İraq hökumətini qurmaq olduğunu bildirən bu mənbə, Sədrin bu görüşdə Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Malikinin yeni hökumətdə olmamasında israr etdiyini də bildirib. Mənbənin ifadəsinə görə, Müqtəda əs-Sədr Nuri əl-Maliki iştirak etməsə, Sədr Hərəkatı və Koordinasiya Çərçivəsində koordinasiya quracağını bildirib.

Koordinasiya Şurasının üzvləri dekabrın 2-də Sədr Hərəkatının lideri ilə görüşüb. Görüşdən sonra tərəflər aşağıdakı bəyanat verilib: “Bu görüşün məqsədi vətən övladları ilə qardaşlıq əlaqələrini gücləndirmək üçün indiki dövrdə həll olunmamış məsələləri və son hadisələri dəyərləndirməkdir. Bütün tərəflərin prioriteti olan İraqın maraqlarıdır”.

Görüşdə həmçinin aşağıdakı mövzular müzakirə olunub:

1. Korrupsiyaya qarşı mübarizə və bunda iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi, habelə ictimai əmlakdan qəsdən sui-istifadə hallarının qarşısının alınması üçün zəruri əməli addımların atılması.

2. Xarici qüvvələrin elan olunmuş qrafik üzrə geri çəkilməsi və hökumətin silah monopoliyasına zəmanət mexanizminin yaradılması.

3. Həşdu Şaabini qorunması və bu təşkilatın rolunu gücləndirərək İraqın təhlükəsizliyini təmin edəcək şəkildə bu addıma dəstəyi təşkil etmək.

4. Sionist rejimlə münasibətlərin normallaşdırılmasını və bu hərəkətlə bağlı hər şeyi cinayət hesab etmək.

5. İraq xalqının təməllərini qanuni çərçivəyə uyğun olaraq əxlaqi və ictimai sapmalara qarşı qorumaq üçün birgə hərəkətə keçmək.

6. Yoxsul rayonların iqtisadi səviyyəsini yüksəltmək, siyasi rəqabəti bütün xidmət planlarından ayırmaq və bu bölgələrdə yoxsulluğun aradan qaldırılması üçün tədbirlər görmək.

İraqda keçirilən son parlament seçkilərində 329 mandatdan 73-nü Sədr Hərəkatı, 37 mandatla sünni “Təkaddum” koalisiyası və 33 mandatla Qanun Dövləti koalisiyası qazanıb.

Düzdür, bu seçkidə parlamentdə ən çox yeri Sədr Hərəkatı qazanıb, lakin bu yerlər hökumət qurmaq üçün kifayət deyil və seçkidə qalib gələn digər siyasi qruplarla koalisiya yaratmaq zəruridir.