SANA: ABŞ Suriya neftini oğurlamağı davam etdirir, daha bir yanacaq yükü ölkədən çıxarılıb

ABŞ qüvvələrinin müşayiəti ilə Suriyanın şimal-şərqindəki neft yataqlarından İraqın şimalına daha bir neft yükü keçirilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Suriyanın şimal-şərqində əl-Cəzirə bölgəsindəki neft yataqlarından 14 neft maşınından ibarət bir karvan əl-Yarubiyyə qeyri-qanuni keçidindən keçməklə İraqın şimalında aparılıb.

Qeyd edilib ki, bu karvana ABŞ qüvvələri və onların dəstəklədiyi separatçı kürd bölmələri başçılıq edib.

Xatırladaq ki, ABŞ və separatçı kürd bölmələri 2014-cü ildən İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və buaradakı neft yataqlarını zəbt ediblər.