Şahın İrandan qaçmasının ildönümü günü

16 yanvar, Məhəmməd Rza şah Pəhləvinin İran xalqının qiyamını yatıra bilmədikdən və hakimiyyətin silah gücünə davam etməsinin mümkünsüz olduğunu başa düşdükdən sonra ölkədən qaçmağa üstünlük verdiyi bir gündür.

ABNA24 xəbər verir: Yanvarın 16-sı, şahın 1979-cu ilin həmin tarixində İrandan qaçmasının ildönümü günüdür.

Bu qaçma Pəhləvi monarxiyasının dəftərini və İran xalqının dünyanın zalım güclərinin hökmranlıqları altında yaşamasını birdəfəlik olaraq qapatdı.

Bu, şahın qaçmağa üstünlük verdiyi ilk hal deyildi. Amma əgər 1953-cü ildə qara dövlət çevrilişi ilə Amerika öz oyuncaq fiqurunu hökumət kürsüsünə qaytardısa, 1979-cu ildə daha nə İran xalqı monarxiyanı qəbul etmirdi, nə də ki, şah, İmam Xomeyni rəhbərliyi altında islami əhkam və qanunlar əsasında yeni bir siyasi quruluşun təşkil olunmasını tələb edən inqilabçıların coşan dalğası ilə qarşılaşmaq qüdərtinə malik deyildi.

Şahın ölkədən qaçması İran cəmiyyətinin siyasi, ictimai və mədəni həyatında yeni bir fəslin başlanğıcı oldu.