Rusiyadan 3-cü Dünya Müharibəsi xəbərdarlığı

Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hədə-qorxu kimi açıqlamalar verib. 
Rusiyanın qırmızı xəttini izah edən Medveden 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib.
Operativ.tv HÜRRİYET-ə istinadən xəbər verir ki, fevralın 24-də Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə Ukraynanın şərqində bütün sürəti ilə davam edir.
Mariupol və Severodonetski ələ keçirən Rusiya qüvvələri ölkənin şərqindəki digər şəhərlərə də hücumlarını fasiləsiz davam etdirir.
Qərb, xüsusən də ABŞ Ukraynaya silah verməkdə davam edərkən, Rusiyadan çox mübahisəli xəbərdarlıq gəldi.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Krım yarımadasının təcavüzü 3-cü Dünya Müharibəsinə gətirib çıxaracaq.
Bir müddət Rusiya prezidenti vəzifəsini də icra edən Dmitri Medvedev “Arqumentı i faktı” xəbər saytına danışıb.
Medvedev bəyanatında bildirib: “Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Krıma təcavüz ölkəmizə qarşı müharibə elan etmək deməkdir.”