Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.

Operativ.tv APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.“Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib.