Rusiya və NATO-nun iştirakı ilə danışıqlar başlayıb

NATO-Rusiya Şurasının iclası alyansın Brüsseldəki mənzil-qərargahında başlayıb. İclasdan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ABŞ nümayəndə heyətinin rəhbəri, dövlət katibinin müavini Vendi Şermanla əl sıxıb.

SalamNews xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Son 2,5 ildə ilk dəfə Rusiya-NATO Şurasının (RNC) Rusiyanın təhlükəsizlik təşəbbüsləri ilə bağlı iclası keçirilir.

Bu görüş yanvarın 9-10-da Cenevrədə keçirilən Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqların davamı kimi təşkil olunur.

Yeni danışıqlarda iştirakçıların Avropa təhlükəsizliyi məsələlərində qarşılıqlı məsələlərə toxunacağı planlaşdırılır.

Görüşdə həmçinin təhdidlərin, risklərin azaldılması və silahlara nəzarət məsələsinin gündəmə gətiriləcəyi gözlənilir.