Rusiya üçtərəfli bəyanatın bütün müddəalarını yerinə yetirməlidir - Video

Azərbaycan prezidenti İlham əliyev CNN telekanalına müsahibəsində Qarabağ ətrafında hadisələrin inkişafı ilə bağlı bəyanatlarla çıxış edib. O, əsasən Rusiyadan üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözlədiyini bəyan edib.

Dövlət başçısı Rusiya və Ermənistan müdafiə nazirlərinin bu yaxınlarda keçirdikləri görüşün yekunlarına dair verdikləri bəyanatlara münasibət bildirib, həmçinin Ermənistanı sülh sazişinin Zəngəzur dəhlizilə bağlı şərtlərini yerinə yetirməkdən yayınmaqda, silah göndərməkdə və Ermənistandan hərbçiləri Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərə göndərməkdə ittiham edib.

Siyasi şərhçi Zərdüşt Əlizadənin "Çətin sual" verilişində  dövlət başçısının Rusiya və Ermənistana ünvanladığı bu müraciətləri şərh edib.

Şərhçinin sözlərinə görə, ən vacib olanı, şözsüz ki, Rusiyanın üçtərəfli bəyanatın bütün müddəalarını yerinə yetirməsilə bağlı gözləntilərə dair bəyanatdır. Bu bəyanatın maddələrinin tətbiqində ciddi nöqsanlar var və onlar tezliklə hər hansı müsbət nəticə əldə etməyə imkan vermir. Bu o deməkdir ki, qeyri-müəyyənlik davam edəcək.

Əlizadə hesab edir ki, İlham Əliyevin mesajına zidd olaraq, Rusiya Ermənistanı silahlandırmağa son qoymayacaq, Ermənistandan hərbçilərin Rusiya sülhməramlılarının məsuliyyət zonasında  olan əraziyə girməsinin qarşısını almayacaq.

Ekspertin fikrincə, İlham Əliyevin mesajlarından öncə pərdəarxası danışıqlar aparılıb və bu məsələlər qaldırılıb. Bu danışıqlar nəticəsiz qaldığından üçtərəfli sazişin şərtlərinin yerinə yetirilməsi məsələlərini açıq müstəviyə keçirmək lazım gəlib.

Əlizadə qeyd edib ki, Rusiya da bəyanatla çıxış edib. "Rusiyanın Müdafiə Nazirliyi belə məlumat yayıb: "Azərbaycan və Dağlıq Qarabağın silahlı qüvvələri arasında”. Bununla da Rusiya bir tərəfdən razılaşır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu, əslində o deməkdir ki, bu ərazidə Azərbaycana məxsus olmayan hər hansı silahlı formalaşma ola bilməz. Lakin eyni zamanda Rusiya işarə edir ki, o, Qarabağda "Dağlıq Qarabağ silahlı qüvvələri"nin mövcudluğunu de-fakto etiraf edir və Azərbaycandan istədiyinə nail olana qədər bunu edəcək.

Sonra 200 erməni hərbçini Laçın dəhlizilə çıxararaq bununla da xəbərdarlıq edir ki, "əgər siz mənim dediklərimi etməsəniz Qarabağda erməni hərbçilərin sayını artıracağam".

Lakin Əlizadənin fikrincə, Rusiyanın bu hərəkətlərinin praktiki əhəmiyyəti yoxdur, 

çünki hətta erməni hərbçilərin sayını yerli erməni qanunsuz birləşmələrilə birlikdə 2 min nəfərə çatdırsa belə, bu, Qarabağdakı 50 minlik Azərbaycan qoşun qruplaşması ilə müqayisədə heç bir şeydir.

"İlham Əliyev CNN telekanalına müsahibəsində işarə edib ki, üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi tələbi dövlət başçısı kimi onun mövqeyidir. O həmçinin işarə edib ki, təzyiqlərə uymaq niyyətində deyil", - ekspert vurğulayıb.