Rusiya Suriyada ABŞ-ın nəzarətində olan bölgəyə hava zərbələri endirib

Rusiya Müdafiə Nazirliyi Suriyada Amerika xüsusi təyinatlıları tərəfindən təlim keçmiş döyüşçülərinin bombalanmasını əks etdirən video yayımlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı Rusiya Müdafiə Nazirliyi bildirib ki, onun qırıcıları Suriyanın şərqində ABŞ qüvvələri  tərəfindən təlim keçmiş bir qrup terrorçu yaraqlını məhv edib.

Nazirliyin bəyanatında deyilir:

"Avqustun 4-də rus qırıcıları vaxtaşırı kəşfiyyat əməliyyatlarından sonra "Liva Şuhada əl-Qaryatayn" terror qruplaşmasının bir qrup silahlısını məhv ediblər. Bu terror qruplaşması səhrada hazırlanmış sığınacaqlarda gizlənib. Bu silahlı qruplaşma (terrorçular) ölkənin şərqində yerləşən Əl-Tanif bölgəsində yerləşir və onun şəxsi heyəti ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin əməliyyatlarından olan təlimçilər tərəfindən təchiz edilir və öyrədilir”.

Nazirlik bu silahlı şəxslərin Suriya səhrası bölgəsində dinc əhaliyə qarşı terror aktları və qətllər törətdiyinə diqqət çəkib.