Rusiya Qərbə: Aclıqdan ölmək istəmirsinizsə, sanksiyaları götürün

Rusiya Ukraynadan taxıl məhsulları göndərməyə hazır olduqlarını, lakin Rusiyanın ixracına və ödənişlərinə tətbiq edilən sanksiyaların ləğv edilməli olduğunu bildirib.
Rusiya Ukraynaya hücum edərək, taxıl yüklü gəmiləri blokadaya alaraq Qərbi faktlarla üzləşməyə çağırıb.
Operativ.tv Milli Gazete-yə istinadən xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynadan taxıl məhsullarının daşınması üçün danışıqlara hazır olduqlarını bəyan edib.
Ərzaq probleminin kompleks yanaşma ilə həll oluna biləcəyini ifadə edən Rudenko, “Ərzaq problemi Rusiyanın ixracı və ödənişləri ilə bağlı sanksiyaların ləğvi də daxil olmaqla, kompleks yanaşma tələb edir. Bundan əlavə, Ukrayna gəmilərin yerləşdiyi limanlarını minalardan təmizləməlidir. Rusiya humanitar dəhliz də daxil olmaqla bütün lazımi yardımı göstərməyə hazırdır” - deyib.
Rudenko mayın 23-də verdiyi açıqlamada qlobal bazarlarda taxıl və buğda kimi məhsulların qıtlığını aradan qaldırmaq üçün Rusiyaya ixrac qadağalarının aradan qaldırılması lazım olduğunu bildirib.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin “Rusiya qida məsələsindən silah kimi istifadə edir” ittihamını dəyərləndirən Rudenko, “Problemlərin sülh yolu ilə həllini axtaran hər kəslə görüşməyə hazırıq və Von der Leyenin açıqlamasını öz vicdanına buraxıram” – deyib.