Rusiya İsveç və Finlandiyaya hücum etsə, NATO nə edərdi?

Operativ.tv Haber 7-yə istinadən verdiyi məlumata görə, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer İsveç və Finlandiyanı üzən açıqlama verib. Bauer bildirib ki, iki ölkə hələ NATO-ya üzv olmadıqları üçün mümkün hücum halında heç bir cavab verilməyəcək.
Bir NATO üzvünə edilən hücumu NATO-ya hücum kimi qiymətləndirən Bauer bildirib ki, NATO-ya üzv olmaq üçün müraciət etmiş Finlandiya və İsveçə üzv olana qədərki müddət ərzində verilə biləcək təhlükəsizlik təminatları NATO Müqaviləsinin 5-ci maddəsində göstərildiyi kimi ola bilməz.