“Roma” ilk dəfə UEFA Konfrans Liqasının qalibi olub

İtaliyanın “Roma” futbol klubu tarixində ilk dəfə UEFA Konfrans Liqasının qalibi olub.

Trend-in məlumatına görə, finalda “Roma” futbolçuları Niderlandın “Feyenoord” komandasına qalib gəlib – 1:0.

Oyunun yeganə qolunu 32-ci dəqiqədə yarımmüdafiəçi Nikolo Zaniolo vurub.