ReAL-ın təmsilçisi MSK üzvlüyünə namizədlər siyahısına salınmayıb

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin siyahısı dəyişib.

 

ReAL Partiyasının namizədi Mətin Rəhimlinin adı siyahıda qeyd olunmayıb.

 

Sənədə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib.

 

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:

 

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

 

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

 

Azərbaycan Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

 

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

 

Ehtiyat üzv -Niyaməddin Orduxan.