Ərdoğan müxalifətin erkən seçki çağırışını rədd edir

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcəyi açıqlanıb.   Bu barədə Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışına cavab olaraq bildirib.   "Söhbət hansı növbədənkənar seçkilərdən gedir? Seçkilər 2023-cü ilin iyununda keçiriləcək”, - deyə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.   Xatırladaq ki, bir müddət Türkiyənin əsas müxalifət partiyaları - “Cümhuriyyət Xalq” və “İyi” Partiyasının liderləri Kamal Kılıçdaroğlu və Meral Akşener Ərdoğanı səriştəsizlikdə ittiham edərək, lirənin məzənnəsinin rekord dərəcədə ucuzlaşması fonunda növbədənkənar seçkilərin keçirilməsini istəyiblər.   Qeydə edək ki, bu gün dolların lirə qarşısında məzənnəsi 7% artaraq 1 dollar üçün 12,12 lirə təşkil edir. Bu ilin noyabr ayının əvvəlindən lirə dollar qarşısında 26,7% ucuzlaşıb.