Ərbəin yürüşünə start verildi

Günlərdir səfər tədarükü görən Ərbəin zəvvarlarının bir qrupu artıq yürüşə start verib. Bu il Ərbəin günü (red- İmam Hüseynin (ə) şəhadətinin 40-ı tarixi) Sentyabr ayının 27-sinə təsadüf edəcək. Əsasən Kərbəlaya qədər olan yürüşlər bu tarixə qədər bitir.

Ötən illərdən fərqli olaraq bu il də pamdemiya səbəbindən ziyarət xəttində dəyişiklik var.

Belə ki, İraq dövlətinin bu səfərləri əsasən təyyarə ilə gerçəkləşdirmək təklifinə əsasən Azərbaycandan gedən və hal-hazırda müqəddəs torpaqlarda olan birinci qrup zəvvarlar təyyarə xətti ilə Azərbaycandan Türkiyə, Türkiyədən İraqa gəlməklə ziyarət ayinlərini yerinə yetirir. İkinci gediş maarşurutu Bakıdan Naxçıvana uçmaqla Türkiyə quru sərhədləri vasitəsi ilə İraq torpaqlarına istiqamətlənir. Xatırladaq ki, bu il, İrandan keçməklə Azərbaycan zəvvarlarının Kərbəla səfəri pandemiya səbəbindən icazə verilməyib.