Razı Hümbətov Tale Bağırzadənin məsləhəti ilə aclıq aksiyasını dayandırdı

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun atası Karrar Hümbətov vetenugrunda.az- verdiyi açıqlamada bildirib ki, bu gün oğlu ilə telefon əlaqəsi saxlayıb.
O, oğlunun səhhətində yaranmış ciddi təhlükədən danışıb: "Razinin mədəsində problem var idi. 6 gün sussuz aclıq etdi. Sonra ona Tale Bağırzadənin ismarıcını çatdırdıq ki, bu quru aksiya deyil, su içmək lazımdır.
Ondan sonra su ilə davam etdi aksiyanı".
12 gündür aclıq edən Razi Hümbətovun səhhətində yaranmış ciddi problemlər onun ağrılardan huşunu itirməsinə səbəb olub.
Bu barədə eşidən Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə deyib ki: "Aksiyaya qoşulanlardan hansının səhhətində problem yaranıbsa aksiyanı dayandırsın".
Bu gun telefon danışığı zamanı atası Razi Hümbətova Tale Bağırzadənin məsləhətini çatdırıb.
YADDAŞ
Qeyd edək ki, ictimai fəal, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümmbətov 2021-ci il iyulun 7-də saxlanıb. Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham edilib. Mayın 20-də hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümmətov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun həbsini sosial şəbəkələrdəki tənqidi paylaşımları və narkomaniyaya qarşı mübarizə aparması ilə əlaqələndirib.
Qeyd edək ki, məhkəmə açıq keçirilsə də zala bütün proseslərdə ancaq Razi Hümmbətovun atası və qardaşı buraxılıb.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Hümbətovun məhkəmə prosesində iştirak etmək üçün bağda gözləyənlərə polislər dağılışmasını və ərzaidən uzaqlaşmasını tələb ediblər. Bundan sonra polislər bağda məhkəmənin bitməsini gözləyənləri qovub ərazidən uzaqlaşdırıblar, Müsəlman Birliyi Hərəkatının 5 üzvünü -Mail Kərimov, Ağaəli Yəhyayev, Elgiz Məmmədovu, Süleyman Ələkbərovu və İmran Məmmədovu saxlayaraq 22-ci polis bölməsinə aparıblar.
Mail Kərimov və Süleyman Ələkbərov 22-ci polis bölməsindən "bandotdel"-ə aparılıb. Ağaəli Yəhyayeva həmin günü Nəsimi məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə 30 sutka inzibati həbs cəzası verilib. İmran Məmmədov və Elgiz Məmmədova mayın 21-də Nəsimi rayon məhkəməsində hər birinə 30 sutka inzibati həbs cəzası verilib.
İyunun 3-də Bakı Apellyasiya Məhkəməsində Ağaəli Yəhyayev ona idarədə verilən dəhşətli işgəncələr haqqında danışıb.
Qobustan həbsxanasında saxlanan Tale Bağırzadə Allahın söyülməsinə və insanların buna susqunluğuna etiraz olaraq iyunun 3-dən Şəhadət aclığı aksiyasına başlayıb.