Qüds qüvvələrinin komandanı briqada generalı Qaani İraqa səfər edib

İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani dünən İraqın Nəcəf şəhərinə səfər edib. Briqada generalı Qaani, Hz. İmam Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra müqavimət komandiri şəhid Əbu Mehdi əl-Mühəndisin məzarına ziyarətə gedib.

Keçmiş Qüds Qüvvələri komandanı Qasim Süleymani və keçmiş Həşdu Şabi-nin vitse-prezidenti Əbu Mehdi əl-Mühəndis 3 yanvar 2020-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdad hava limanında törədilən terror aktı nəticəsində şəhid olub.