Qətər İranla ABŞ arasında vasitəçiliyiə hazır olduğunu bildirib

“Əgər istəsələr Qətər ABŞ, Avropa və İran arasında vasitəçilik etməyə hazırdır”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Qətərin əmiri Təmim bin Həmid Ali-Sani Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

O, bildirib ki, ölkəsi İranla Qərb arasında vasitəçilik etməyə hazırdır.

“Qətərin əmiri Almaniya kansleri ilə İranın nüvə proqramı haqda ixtilafları dinc yolla həll etməyi müzakirə edib və bildirib ki, bu üslub Qətərin körfəzdə daima sülhü və sabitliyi dəstəkləyən tutduğu yol olub”, deyə telekanal əlavə edib.

Qətərin əmiri İranla ABŞ-ın nüvə sazişi ilə bağlı danışıqlarının tezliklə müsbət nəticə verəcəyinə ümidvar olduğunu bildirib və yenidən vasitəçiliklə bağlı təklif irəli sürüb.

Qeyd edək ki, Qətərin əmiri Avropa səfərindən öncə İranda olub, prezident Həsən Ruhani ilə, eləcə də ali lider Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.