Qırğız Respublikasında su bəndi dağılıb, 1500 sakin təxliyə edilib

Qırğız Respublikasının Kadamjay bölgəsində su bəndinin qismən dağılması səbəbilə, təxminən, 1 500 sakin təxliyə olunub.

 

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Kadamjay bölgəsində (su anbarının) 12 nömrəli su bəndinin dağılması səbəbindən bir sıra kəndlərdə subasma təhlükəsi yaranıb”, – məlumatda deyilir.

 

Bununla əlaqədar yaşayış məntəqələrində təxliyə həyata keçirilib.

 

Hadisə zamanı ölən və xəsarət alan yoxdur, bəndin bərpası üçün işlər aparılır.