Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

Sentyabrın 9-da Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokovu qəbul edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Karapetyan görüşdə Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi səylərini və Qarabağdakı Rusiya sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Kosobokov bu təyinata qədər Rusiya 58-ci Ümumqoşun Ordusunun (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində işləyirdi. Vaxtilə Kosobokov Abxaziyada Rusiya hərbi bazasına rəhbərlik edib.