Qarabağda altı erməni əsgəri yaralanıb

Turan: Erməni tərəfi Qarabağın keçmiş Martuni rayonu ərazisindəki Norshen (Yenikənd) kəndi yaxınlığındakı postunu minaatanlardan atəşə tutduğunu bildirib.

Erməni tərəfinin xəbərinə görə, atışma oktyabrın 14 -də axşam saatlarında baş verib. Nəticədə 6 hərbçi yaralanıb. Onlardan 3 -nün vəziyyəti ağırdır.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi qeyd olunan postda erməni hərbçiləri arasında atışmaya çevrilən silahlı insidentin baş verdiyini deyir.

Erməni tərəfi cəbhənin digər yerlərində atışmaların baş verdiyini də bildirir.

15 oktyabr səhərindən etibarən vəziyyət sakitdir.