“Qarabağ” FİFA-23-də yer ala bilər

“Qarabağ” futbol komandası FİFA-23 onlayn futbol oyununun iştirakçısı ola bilər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, FİFA-23-ə yeni komanda seçimi ilə bağlı dünyanın ali futbol qurumunun saytında səsvermə keçirilir.

50 klub arasında ən çox səs toplayan FİFA-23-də iştirak edə biləcək.

Bundan başqa, FİFA-23 üçün Azərbaycan milli komandası da səsvermədə yer alıb.