Qadını müdafiə etmək istəyən qazi Bakıda ürəyindən bıçaqlandı

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Muradov Niyammədin Dərşad oğlu parkda naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. Niyaməddin Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb. Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə vurub.

O, elə hadisə yerində dünyasını dəyişib.

Muradov Vətən müharibəsi iştirakçısıdır və “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.