Putin: İran-Rusiya münasibətləri strateji dərinliyə malikdir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Xəzəryanı ölkələrin sammitində İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə deyib: "Moskva ilə Tehran arasında əlaqələr çox dərin və stratejidir. Hər iki ölkə siyasi və təhlükəsizlik məsələlərində daim təmasdadır və Suriyada sıx əməkdaşlıq edir. 
Kreml sarayının mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü Xəzəryanı dövlətlərin liderlərinin sammitində İran prezidenti ilə ayrıca görüş keçirdiyini açıqlayıb.
Bu görüşdə Putin iranlı həmkarını salamlayaraq bildirib: "Münasibətlərimiz strateji dərinlikdədir. Bir çox mövzuda müzakirəyə yararlı mövzularımız var. Bu sahədə yaranmış imkanlardan məmnunam. Rusiya siyasi və təhlükəsizlik məsələlərində daimi təmaslarını davam etdirə bilər. Biz Suriya kimi qaynar nöqtələrdə sıx əməkdaşlıq edirik"  
Rusiya prezidenti İslam İnqilabının Rəhbərinə onun salamlarını çatdırmağı xahiş edib.
İran prezidenti İbrahim Rəisi Aşqabadda Vladimir Putinlə görüşü zamanı deyib: "Rusiya və İran Xəzər dənizi hövzəsində nəqliyyat, tranzit, balıqçılıq və turizm sahələrində çox sıx əməkdaşlıq edə bilərlər".
Rəisi qeyd edib ki, iki ölkə arasında əvvəlki bütün razılaşmalar yerinə yetirilib və onlara əməl edilib və bu, çox yaxşı irəliləyişdir.