Polis terror versiyasını ehtimal edir

Norveç Təhlükəsizlik Polisi Kungsberg şəhərində törədilən hücumun böyük ehtimalla terror aktı olduğunu düşünür. Bu barədə şöbə müdiri bildirib. Çərşənbə günü yay və oxla silahlanmış şəxs yoldan keçənlərə atəş açması nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıb. Məlumatı Euronews-a istinadən Operativ.tv-yayıb.

Hüquq -mühafizə orqanlarının əməkdaşları cinayətkarı saxlayıb. Bu şəxs Norveçdə yaşayan danimarkalı Espen Andersen Braten olduğu ortaya çıxıb. Bu barədə məlumatı hüquq-mühafizə orqanları yayıb. Braten əvvəllər İslamı qəbul etdiyini və polisin onun radikallaşmasından narahatlıq yaşadığı bildirilir.

Norveç Təhlükəsizlik Polisinin rəisi Hans Sverre Sjovold hadisə ilə bağlı bildirib: "Şübhə yoxdur ki, törədilən əməl terror aktına bənzəyir, amma istintaqın davam etdiyi bir zamanda təqsirləndirilən şəxsin motivlərini müəyyən etmək başlıca məsələdir"

15 oktyabr Cümə günü polis Bratenin həbsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Jurnalistlərin suallarını cavablandıran polis prokuroru Anne Irene Svane Mathiassen "Çərşənbə günü axşam saatlarında baş verənlər haqqında müddəhim bizə hər şeyi danışdı və dedi ki, 5 nəfəri öldürən şəxsdir. Sorğunun başqa detallarını istintaq sirridir deyə bilmərik" deyə o bildirdi.

Kungsberqdəki faciə Utoya və Osloda törədilən terror aktlarından on il sonra baş verən ən dəhşətli hadisə hesab olunur. Növbəti dəfə şiddətlə üzləşən norveçlilər baş verənlərdən şoka düşüblər.