Pəncşir qüvvələri Talibana hücum edib, bir tank sıradan çıxarılıb (VİDEO)

Əfqanıstanın Pəncşir əyalətində “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Talibana hücum ediblər.

SalamNews bu barədə AamajNews-a istinadla xəbər verir.

Bildirilib ki, Pəncşir əyalətində olan “Milli Müqavimət Cəbhəsi”nin partizan qüvvələri Talibana hücum ediblər.

Məlumata görə hücum Paryan rayonunda həyata keçirilib. Bir tank sıradan çıxarılıb və bir neçə Taliban üzvü öldürülüb.

Qeyd edək ki, “Milli Müqavimət Cəbhəsi” qüvvələri ölkənin şimal əyalətlərində ucqar bölgələrdə ara-sıra Talibana hücum edirlər. “Milli Müqavimət Cəbhəsi” lideri son həftələrdə Tacikistan və İranda olub və beynəlxalq və hərbi müstəvidə dəstəklərin əldə edilməsi üçün danışıqlar aparır.