Peyvənd olunmamış şəxslərə Məscidül-Həram ziyarətinə icazə verildi

Peyvənd olunmamış şəxslərə Ümrə ziyarəti və ibadətlərin yerinə yetirilməsi üçün Məkkə şəhərindəki Məscidül-Hərama girişə icazə verilib.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, icazə bir şərtlə verilir ki, həmin ziyarətçilər koronavirusa yoluxmuş olmasınlar və ya yoluxmuş şəxslərlə kontaktda olmuş olmasınlar.

Həmçinin eyni şərtlə Mədinə şəhərindəki Məscidün-Nəbi məscidində də ibadət etməyə icazə verilib.

Ümrə ilə bağlı yeni mövsüm şənbə günü başlayıb. Yeni mövsümdə ümumilikdə 10 milyondan çox zəvvarın olacağı gözlənilir.