Peyğəmbərin (s) əxlaqı və gözəl rəftarı

"Bağışlayan və Mehriban Allahın adı ilə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Peyğəmbərin (s) əxlaqı və gözəl rəftarı.
Allah-Təala Qurani-Kərimdə Peyğəmbər (s) barəsində belə buyurur: “ Həqiqətən Allahın Rəsulu sizin üçün gözəl nümunədir.” (Əhzab 21) Başqa bir yerdə isə belə buyurur: “ [Ya Peyğəmbər!] Sən çox böyük əxlaq sahibisən!” (Qələm 4)
Sözümüzə Quran ayələri ilə başladıq ki, heç kəsdə şəkk-şübhə qalmasın. Çünki o Həzrətin məqamı barədə gərək onu Göndərənin nəzəri haqqında məlumatımız vacib və zəruridir. Ona görə də həm Allahın kəlamı hər bir kəlamdan müqəddəs və müqəddəm olduğu üçün, həm də ən gözəl dəlil olduğu üçün bu qaydaya riayət etdik. Qələmlər o Həzrətin əxlaqı və məqamı barəsində yazmağa qüdrətləri yoxdur. Ona görə də biz yalnız Quran ayələri və o ayələrin şərhçisi olan hədislər vasitəsilə bu məsələyə aydınlıq gətirmək qərarına gəldik.
Həzrət Peyğəmbər (s) buyurub: “ Mən əxlaqi
dəyərləri tamamlamaq və kamilliyə çatdırmaq üçün peyğəmbərliyə seçilmişəm.”
Fəlsəfi qaydaya əsasən bir işi görməyə seçilmiş bir şəxs hər şeydən əvvəl özü o işdə kamil olmalıdır ki, başqalarını da kamala çatdıra bilsin. Insan nə qədər nəfsani kamala çatmış olsa belə, əgər bədrəftar və qəzəbli olsa, camaat onunla bir yerdə olmaqdan çəkinər. Allah-Təala Ali-İmran surəsinin 153-cü ayəsində belə buyurur: “ Ya Peyğəmbər! Sənin camaatla mülayimliklə davranmağın Allahın fəzl və rəhmətindəndir, əgər sən acı və daş ürəkli olsaydın, camaat sənin ətrafından dağılışardılar.”
Aişə deyir: “ Heç kəsin əxlaqı Peyğəmbərin (s) əxlaqı qədər gözəl deyildi. Səhabələrdən və Əhli-Beytdən hər kəs onu səsləsəydi “ ləbbeyk” deyərdi.”
O Həzrət (s) özü buyurur: “ Cəbrayıl Allah tərəfindən mənə nazil oldu və dedi: “ Ey Muhəmməd! Həmişə gözəl rəftarına fikir ver, çünki bədəxlaq olmaq insanın dünya və axirət xeyrini aradan aparır.” Sonra Peyğəmbər (s) öz səhabələrinə xitabən buyurdu: “ Elə isə bilin ki, sizlərdən mənə daha çox oxşayanlar əxlaqı daha gözəl olanlardır.”
Başqa bir hədisdə o Həzrət buyurur: “ Əxlaq cəhətindən mənə oxşayanları sizə tanıtdırımmı?” Dedilər: “ Bəli, ey Allahın Elçisi!” Buyurdu: “Camaatla rəftarı gözəl olan, həlimliklə qohum-əqrəbasına yaxşılıq edən, qəzəb və sevinc halında insafı əldən verməyənlər mənə ən çox oxşayanlardır.” Bəli Peyğəmbərin (s) elə gözəl əxlaqı var idi ki, Allah onun haqqında belə buyurur: “ [Ya Peyğəmbər!] Sən çox böyük əxlaq sahibisən!” (Qələm 4)
Deyləmi özünün “İrşadul-qulub” kitabında yuxarıdakı ayənin nazil olma səbəbi haqqında yazır ki, Peyğəmbər (s) əynində Bəhrani əbası olduğu halda bir dəstə səhabəsi ilə gedirdi. Bu vaxt bir ərəb onların qarşısına çıxdı, o Həzrətin (s) əbasının ətəyindən möhkəm dartdı və ədəbsizliklə dedi: “ Ey Muhəmməd! Beytul-maldan mənim haqqımı ver.” Allahın Rəsulu (s) ərəbin bu pis hərəkətinə qarşı nəinki narahat olmadı, əksinə gülümsəyərək göstəriş verdi ki, onun haqqını versinlər. Allah-Təala Peyğəmbərin (s) Bu rəftarından razı qaldı və o Həzrətin (s) mədhində hələ heç kəsə deyilməmiş sözlər dedi. ( yuxarıdakı ayəyə işarədir) Əbuzər (r.ə.)Peyğəmbərdən (s) soruşdu: “ Hansı möminin imanı daha kamildir?” Allahın Rəsulu (s) buyurdu: “Kimin əxlaqı daha yaxşıdırsa, onun imanı daha kamildir.”
(Deyləmi “ İrşadul-qulub” cild 2, 42-ci bab)
Peyğəmbərin (s) gözəl əxlaqı haqqında İmam Museyi-Kazim (ə) babası Həzrət Əlidən (ə) belə nəql edir: Peyğəmbər (s) bir yəhudiyə bir neçə dinar verməli idi, o yəhudi gəlib o pulu istədi. Həzrət (s) buyurdu: İndi bir şeyim yoxdur ki, sənə verim. Yəhudi dedi: Ey Muhəmməd! Mənim pulumu verməyincə səndən ayrılmayacağam. Həzrət (s) buyurdu: Elə isə mənimlə burada otur. O da oturdu. Beləcə Peyğəmbər (s)əshabı ilə zöhr, əsr, şam, işa və sübh namazlarını elə oradaca qıldı. Səhabələr yəhudiyə qəzəbləndilər, Peyğəmbər (s) onlara baxıb buyurdu: Onunla nə işiniz var ? Dedilər: Ey Allahın Rəsulu bir yəhudi sizi bir gündür burada saxlayıb. Peyğəmbər (s) dedi: Allah-Təala məni kiməsə zülm etmək üçün göndərməmişdir. Elə ki, hava işıqlandı, yəhudi dedi: Şahid dururam ki, Allahdan başqa allah yoxdur və sən Onun Rəsulusan! ...
İslam Peyğəmbərinin əxlaqı qarşısında nəinki yəhudilər, hətta Al
lahı inkar edənlər belə Onun Vahidliyini qəbul edir və hidayət olurlar. Çünki Allah-Təala Həzrət Muhəmmədi (s) insanları öz əməlləri ilə doğru yola hidayət etmək üçün göndərmişdir və ona əxlaqların ən dözəlini bəxş etmişdir. Onun dediyi hər bir söz, etdiyi hər bir hərəkət Allahın əmri və vəhyidir. Allah Quranda belə buyurur: “Peyğəmbər (s) özündən (nəfsindən) danışmaz. Yalnız ona vəy olunanı danışar.” ( Nəcm 3,4)
Fərhad Mirzə
İlahiyyatçı.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.
01.06.2021".