Paşinyan: “Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini təmin etməyə hazırdır”

Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini bu gün də təmin etməyə hazırdır.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

O, Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbçilərinin olmadığını əlavə edib.

Paşinyan bölgədəki Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin müəyyən suallar doğurduğunu da əlavə edib.