Pakistanda tibb işçilərinə hücum olub, 3 nəfər ölüb

Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində poliomielitlə mübarizə aparan tibb işçilərinə silahlı basqın nəticəsində 2-si polis və bir tibb işçisi olmaqla 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Milli mətbuatda yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində poliomielitlə mübarizə aparan tibb işçilərinə motosikletlilər tərəfindən silahlı hücum edilib.
Hücumda 2-si polis və 1-i səhiyyə işçisi olmaqla 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Hayber Paxtunxvada fəaliyyət göstərən Pakistan Talibanı (TTP) terror təşkilatının üzvləri poliomielitə qarşı peyvənd qrupları və onları mühafizə edən polisi hədəf alan hücumlar təşkil edir.
TTP iddia edir ki, sözügedən peyvənd Qərb ölkələrinin uşaqları sonsuzlaşdırmaq üçün istifadə etdiyi sui-qəsddir.
Pakistan 1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyası çərçivəsində 2017-ci ildə poliomielit hallarının sayı illik 20 mindən 8-ə endirmişdi. 2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 hadisə aşkarlanıb. Ötən il ölkədə yalnız bir poliomielit hadisəsi qeydə alınıb. Bu il yoluxma sayı 11 olaraq açıqlanıb.