Pakistanda intiharçı hücum

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Pakistan ordusu Əfqanıstanla sərhədə yaxın Pakistanın şimal-qərbində hərbi karvana şübhəli bir intihar hücumu nəticəsində 3-ü uşaq olmaqla azı 6 nəfərin öldürülüb. Pakistan ordusu partlayışın Şimali Vəziristan bölgəsinin paytaxtı Miranşah yaxınlığında baş verdiyi barədə məlumat paylaşıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Hakimiyyət artıq uzun müddətdir ki, sərhəddən keçən təhlükəsizlik qüvvələrini hədəfə almaqda Tehreek-e-Taliban Pakistanın ( TTP) bu işdə də günahkar olduğunu düşünür.

Xatırladaq ki, TTP genişmiqyaslı hərbi əməliyyatlardan sonra Əfqanıstana, xüsusən də silahlı qruplaşmanın keçmiş qərargahı olan Şimali Vəziristanda sıxışdırılıb. Pakistan ordusunun məlumatına görə, o vaxtdan bəri qruplaşma sərhədin Əfqanıstan tərəfində fəaliyyət göstərir.