Pakistanda bombalı hücum

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Pakistanın Kəraçi şəhərində törədilən partlayışda ilkin məlumata görə, 4-ü ağır olmaqla 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Pakistanın Kəraçi şəhərinin Səddar rayonunda bombalı hücum olub. İlkin məlumata görə, hücumda 1 nəfər ölüb, 4-ü ağır olmaqla ümumilikdə 13 nəfər yaralanıb. Səhiyyə rəsmiləri xəstəxanaya gətirilənlərin bombadan aldığı xəsarətlərin olduğunu bildirib.
Partlayış anı ətrafdakı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. Partlayış nəticəsində yol kənarında və yolda olan çoxlu sayda avtomobilə, eləcə də ətrafdakı tikililərə ziyan dəyib.
Bombalı hücumun park edilmiş motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu ilə həyata keçirildiyini bildirən polis ərazini mühasirəyə alıb. Əraziyə bomba zərərsizləşdirilməsi və terrorla mübarizə qrupları cəlb edilib.