Pakistanın sabiq Baş naziri İmran Xanın tərəfdarlarının paytaxta doğru yürüşünün qarşısı alınıb.
Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələri paytaxtın yollarında böyük kantinerlərdən istifadə edərək süni maneələr yaradıblar.
Lakin buna baxmayaraq İmran Xan tvitter səhifəsində bildirib ki, o aksiyalara qatılacaq və paytaxtın mərkəzinə doğru yürüş baş tutacaq.
İmran Xan tərəfdarlarını yürüşü davam etdirməyə çağırıb.
O bildirib ki, hakimiyyət elə bu il geckmədən seçkilərin keçirilməsini elan etməli və onu gələn ilə saxlamamalıdır.
Məlumata görə Pakistan təhlükəsilik qüvvələri paytaxtın bütün girəcəklərinə əlavə qüvvələr yerləşdirib.
Pakistan təhlükəsizlik qüvvələri İmran Xanın tərəfdarlarının paytaxta doğru yürüşünün qarşısını alıb