Ölkə ərazisindəki ibadət müəssisələri də açılacaq

10 iyun tarixindən Azərbaycanda ibadət müəssisələrinin fəaliyyətinə icazə veriləcək. 

 

Bu barədə Operativ Qərargah məlumat yayıb. 

 

Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, bu tipli müəssisələr müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılacaq: “Maska, məsafə və say hədlərində məhdudiyyətlər olmaqla fəaliyyətləri bərpa edilir”.