Niyə imamlar (ə) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

Niyə imamlar (ə) harada və necə şəhadətə çatacaqlarını bilə-bilə yenə də öz şəhadətə çatacaqları yerlərinə gedirdilər?

Cavab:
Peyğəmbər (s) və imamların (ə) qeyb elmini bilmələri haqq olan məzhəbin zəruriyyətlərindəndir və bu, əql, sünnə və kitabdan qəti dəlillərlə isbat olunur. O cümlədən bilirlər ki, nə vaxt şəhid olacaqlar, kim onları şəhadətə çatdıracaq və s.
Sizin sualınıza cavab olaraq bu nöqtəyə diqqət etmək lazımdır ki, peyğəmbərlər (ə) və imamlar (ə) öz ictimai həyatlarında adi insanlar kimi yaşamağa, rəftar etməyə vəzifəli idilər. Batini, Allahın onlara əta etdiyi elmə əməl etməyə vəzifələnməmişdilər. Məsələn, Peyğəmbər (s) qeybi bilməsinə baxmayaraq, camaat arasında olan qəzavətlərində öz qeyb elminə əməl etmirdi, belə ki, şəri qanunlara uyğun camaatdan şahid və bəyyinə (açıq-aşkar dəlil) istəyirdi, bu şahid və bəyyinə də hər kəsin iddiasına uyğun olsaydı, onun xeyrinə hökm verərdi. Necə ki, Mərhum Kuleyni (r.ə) bu sənədi səhih olan rəvayəti öz şərafətli Kafi kitabında nəql etmişdir.
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ وَ مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ عَنِ الْفَضْلِ بْنِ شَاذَانَ جَمِيعاً عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ سَعْدِ وَ هِشَامِ بْنِ الْحَكَمِ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ قَالَ رَسُولُ اللَّهِ (صلي الله عليه وآله وسلم) إِنَّمَا أَقْضِي بَيْنَكُمْ بِالْبَيِّنَاتِ وَ الْأَيْمَانِ وَ بَعْضُكُمْ أَلْحَنُ بِحُجَّتِهِ مِنْ بَعْضٍ فَأَيُّمَا رَجُلٍ قَطَعْتُ لَهُ مِنْ مَالِ أَخِيهِ شَيْئاً فَإِنَّمَا قَطَعْتُ لَهُ بِهِ قِطْعَةً مِنَ النَّارِ .
الكافي - الشيخ الكليني - ج 7 - ص 414 . تهذيب الأحكام - الشيخ الطوسي - ج 6 - ص 229 و ...

Peyğəmbər (s) buyurmuşdur: Mən xalq arasında şahid və and içmələrə istinad edərək qəzavət edirəm. Bəziləriniz öz iddianızı isbat etməkdə digərlərinizdən zirəksiniz. Sizdən hər birinizə qardaşınzdan sizin xeyrinizə alıb verdiyim mal (sizin olmadığını bildiyiniz halda) atəşin bir hissəsi kimidir.  
Məqsəd budur ki, Allahın mənə əta etdiyi batini elmə əsasən sizin aranizda qəzavət etməyim mənim vəzifəm deyil. Mən şahid, bəyyinə və anda əsasən qəzavət edirəm, hər kəsin öz iddiasına dəlili varsa, onun xeyrinə hökm verirəm. İstər o şəxs düz desin ya yalan. Əgər sizdən biriniz daha zirək olub öz iddiasına bəyyinə və şahid hazırlayaraq nahaq olaraq qardaşının malını qəsb etsə, o pay ona cəhənnəm atəşindən olan bir pay olar.
Nəticədə İmamların (ə) da vəzifələri budur ki, adi camaat kimi yaşasınlar. Əgər imam (ə) öz ilahi elminə əsasən hədləri, diyələri, qisası və s. icra etsəydi ictimai nizam bir-birinə dəyərdi. Nəzərə alsaq ki, imamlar (ə) bütün insanlar üçün və həyatın bütün sahələrində ülgü və nümunədirlər və insanların da vəzifələri budur ki, o böyük şəxsiyyətlərə iqtida edib onlardan nümunə götürsünlər. Belə olan halda əgər onlar da qeyri-adi yaşayışa sahib olsalar və öz qeyb elmlərinə uyğun rəftar etsələr, insanlar üçün ülgü ola bilməzlər, insanlar da onlardan nümunə götürə bilməz.

Kafi c.7 səh 414; Təhzibul Əhkam c. 6 səh 229

Tərcümə etdi Şeyx Fərhad Mirzə