Niyə İmam Hüseyn (ə) Aşura günü yağış yağması üçün dua etmədi?

Niyə İmam Hüseyn (ə) Aşura günü yağış yağması üçün dua etmədi?

Bağışlayan və Mehriban Allahın adı ilə

Sual edən: Əlirza Mahmudi

Sual: Niyə İmam Hüseyn (ə) Aşura günü yağış yağması üçün dua etmədi?

Cavab: Şiə hədislərinə əsasən, Həzrət Hüseyn (ə) nəinki yağış yağması üçün, hətta özünün qələbəsi üçün də dua etsəydi, qəbul olunardı. Lakin

  1. İmam (ə) istəyirdi ki, Kərbəlada bütün müsəlmanlar üçün Haqqa təslim olmağı nümayiş etdirsin və praktiki təslim olma dərsini əbədi olaraq bütün bəşəriyyətə çatdırsın.
  2. İmam (ə) istəyirdi ki, Kərbəla hadisəsində qeyri-adi səbəbləri işə qatmasın. Bununla da o müsəlmanlara bu mesajı çatdırmaq istəyirdi ki, qeyri-adi səbəblərdən bəhrələnə bilməyən insanlar da zülmün müqabilində vəzifələrini müəyyən etsinlər.
  3. Rəvayətlərə əsasən İmam Hüseyn (ə) mələklərin və cinlərin yardımını rədd etmişdir. Bunun özü İmamın (ə) məzlumiyyətinin nə qədər çox olduğunu çatdırır. Buna görə də Həzrətin (ə) şəhadət xəbəri xəbərlərin çatdırılmasının məhdud olması dövründə çox sürətlə hər tərəfə yayıldı.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə