Nigeriyada məscidə hücumda 15 nəfər ölüb

Nigeriyanın Zamfara ştatında silahlılar məscidə hücum ediblər.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Vanguard nəşri məlumat yayıb.

Motosikllərlə gələn silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub. Hadisə namaz vaxtı baş verib.