Nensi Pelosi indi də Yaponiyaya səfər edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin xüsusi reysi Yaponiyanın Tokio prefekturasındakı Yokota Hərbi Hava Qüvvələri bazasına enib.

Operativ.tv Repotr-a istinadən xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Bundan əvvəl Pelosinin Cənubi Koreya ilə Şimali Koreya sərhədindəki hərbisizləşdirilmiş zonaya baş çəkəcəyi də bildirilirdi.