NATO-nun Türkiyə ilə bağlı bəyanatı verdi

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün konstruktiv görüş keçirildiyini və danışıqların davam etdiriləcəyini bildirib.
Operativ.tv Haber Global-a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün konstruktiv görüş keçirildiyini və danışıqların davam etdiriləcəyini bildirib.
NATO-dan verilən yazılı açıqlamada Stoltenberqin dəvəti ilə Türkiyə, Finlandiya və İsveçdən yüksək səviyyəli rəsmilərin Brüsseldəki qərargahında bir araya gəldiyi bildirilib.
Açıqlamada, Finlandiyada irəliləyiş üçün Türkiyənin gündəmə gətirdiyi təhlükəsizlik problemləri və İsveçin NATO-ya üzvlük müraciətlərinin müzakirə edildiyi danışıqlarla bağlı Stoltenberqin aşağıdakı fikirləri səsləndirilib:
"Mən Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün tarixi müraciətlərinə dair bugünkü konstruktiv görüşü alqışlayıram. Finlandiya və İsveçin NATO-ya qoşulması Alyansı daha güclü və bütün Avro-Atlantik regionu daha təhlükəsiz edəcək.
Türkiyənin terrorizmlə bağlı qanuni təhlükəsizlik narahatlıqları var ki, onları həll etmək lazımdır. Ona görə də biz Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı müzakirələrimizi davam etdirəcəyik və mən ən qısa zamanda bir yol tapmağı səbirsizliklə gözləyirəm”.
Açıqlamada danışıqların yaxın günlərdə də davam etdiriləcəyi qeyd edilib.