NATO Azərbaycanın ərazi bütövlüyün dəstəklədi

NATO Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir. 

Bunu iyunun 16-da NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Azərbaycanın avroatlantik məkanda sülhə və təhlükəsizliyə töhfələri" adlı beynəlxaq konfransındakı çıxışında deyib. 

"Biz Cənubi Qafqazda sabitlik, sülh və əmin-amanlıq, həmçinin regionun üç ölkəsi arasında mehriban əlaqələr görmək istəyirik", - deyə xüsusi nümayəndə vurğulayıb. 

Appaturay Bakı və Tbilisi arasındakı yüksək səviyyəli münasibətlərə toxunub, Ermənistan-Azərbaycan arasındakı münasibətlərin də bu səviyyəyə qalxmasını arzu edib.