Müxalifətin aksiyası ərəfəsində polis AXCP fəallarını saxlayır

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Xalq Cəbhəsi Partiyasının (AXCP) bugünki etiraz aksiyası ərəfəsində polis səhər saatlarından etibarən fəalları saxlamağa başlayıb.

Xüsusən, AXCP-nin sədr müavini Seymur Həzi, Partiyanın Rəyasət Heyətinin və digər rəhbər orqanlarının üzvləri Rövlən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev saxlanılıblar.

DİN-dən şərh verməkdən yayınıblar, sonra məlumat veriləcəyini qeyd ediblər.

Xatırladaq ki, aksiya siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq Parlamentin binası qarşısında saat 16:00-a təyin edilib.

Bu gün səhər Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılmışdı.  

DİN Yaqublunun saxlanılmasını onun "razılaşdırılmamış aksiya" keçirmək çağırışları ilə bağlı araşdırma aparılması ilə izah edib.

Bu gün reportyor Anar Abdulla da saxlanılıb, amma sonradan sərbəst buraxılıb.