Müsəlman Birliyi Hərəkatı ictimayyətə müraciət edib

Hüquq müdafiə təşkilatları, hüquq insitutları, qeyri-hökümət təşkilatları, ilahiyyatçılar, teoloqlar, siyasi-ictimai şəxslər, təşkilatlar və birliklər, mühacirət həyatı yaşayan həmvətənlətimiz, o cümlədən: Cəmil Həsənli, Leyla Yunus, Qubad İbadoğlu, Qənimət Zahid, Gültəkin Hacıbəyli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Növrəstə İbrahimova, Sevinc Osmanqızı, Hacı İlqar İbrahimoğlu, Əli İnsanov, Mehman Əliyev, Xədicə İsmayıl, Vüsal Hüseynzadə, Rasim Balayev, Tofiq Həsənli, Rüfət Səfərov, Bəxtiyar Hacıyev, Dilguşə Gülümcan (VİP), Mehman Hüseynov və Fuad Qəhrəmanlıya
Müraciət.
Vəziyyətin bu həddə çatması hələ vaxt var ikən cəmiyyətin aparıcı simaları olaraq sizlərə müraciətimizi zəruri edib. Biz, hər dəqiqənin qorxunc xəbərini diqqətə alıb sizlərlə bu məsələnin həlli istiqamətində polemika aparmağı təklif edirik. Hazırda canı bahasına mücadilə aparan mübariz insanların həyati əhəmiyyətli durumları hər kəsi üzəcək acı xəbərin astanasındadır. Bir anlıq olsun yubanmağımız onları itirməyyimizə səbəb ola bilər. Hər kəs haqq mücadiləsi aparan bu şəxslərin öz hədəflərində dönməz və mətin olduğunu artıq illərdir ki, ictimai hadisələrdən bilir. Allah, inanc mövzusu bu insanlar üçün bütün məsələlərin fövqündə durduğu üçün rəşadətli kişilərin son nəfəslərinə qədər bu işdə dirəniş göstərəcəkləri şübhəsizdir. Elə buna görə də sizlərlə birlik və disskusiya ilə mövcud hadisədə çıxış yolu tapmaq üçün bir masa arxasında əyləşməyi zəruri bilirik.
Hər kəs iyunun 3-də Müsəlman Birliyi Hərəkatı sədri Tale Bağırzadənin polis idarələrində işgəncə zamanı Allahın təhqir olunmasına etiraz edərək aclıq aksiyasına başlamasından xəbərdardır. İnancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə onun başladığı bu aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər də qoşulub. Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır. Aclıq edənlərin durumunda narahatlıq isə hər ötən saat yüksələn xətt üzərində artır. Buna nümunə olaraq aksiya iştirakçısı Cabbar Cabbarovun vəziyyətinin ağırlaşmasını misal göstərmək olar. Qan qusan siyası məhbus hal-hazırda Pentesiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilib. Biz birlikdə bu məsələnin hüquqi həllini tapmasaq, digər şəxslər də eyni qorxunc nəticə ilə üzləşə bilər. Buna görə də sizlərə müraciət edib dəyirmi masa arxasında mövcud hadisənin həlli yollarını çözməyi təklif edirik.
Müsəlman Birliyi Hərəkatı.