Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı sosial media üzərindən ruhanilərə qarşı təxribat addımlarını pisləyən bəyanat yaydı. Bəyanatda deyilir:
"Həqiqət müqabilində aciz olanların yalan, dəyanətdən kasadların xəyanət, ləyaqətdən məhrumların şər böhtan yaymaları yenilik deyil. Qısa dünya həyatı üçün təkcə özü yox, gələcək nəsilləri üçün də üz qarası belələri təəəsüf ki, yaşadığımız cəmiyyətdə mövcuddur. Onlar özlərindən öncəkilərlə davranışdan dərs almadan ən iyrənc qarayaxmaları ilə bu dəfə cəmiyyətin mənəvi təkamülü üçün çalışan ruhani sinfinə qarşı şər-böhtana əl atdılar. Bu günlər mətbuata yeridilən məlum videonun ərsəyə gəlməsindən yayımına qədər fəaliyyətdə olan şəxsiyyətsiz varlıqlar hər kəsə bəllidir. Cəmiyyəti öz xəyanət düncəsi ilə ölçərək ruhanilərə də eyni rakursdan yanaşmaları həqiqətən də idrak tənəzzülünə, siyasi məğlubiyyətə uğramalarına bariz nümunədir. Bütün bu hallar Azərbaycan ruhanisinin haqq mücadiləsini bir daha təsdiq etdi.
Müsəlman Birliyi Hərəkatı Sərdar Babayev də daxil olmaqla Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinə yönələn belə iyrənc hərəkətləri qınayır, belə addımları atan şəxslərin dövlətin güc strukturu tərəfindən tezliklə cəzalanmasını tələb edir.
Birmənalı olaraq İslam dininə və dəyərlərinə qarşı atılan istənilən addımı məhkum edir və bunun yolverilməz olduğunu bir daha bəyan edirik".
Müsəlman Birliyi Hərəkatı.
12.11.2021.