Müqtəda Sədr niyyətini açıqlayıb

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, tərəfdarlarının İraq parlamentinə basqın etməsindən sonra ilk dəfə açıqlama verən Müqtəda Sədr İraq parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini istəyib. İraqın paytaxtı Bağdadda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonada yerləşən İraq Parlamentinin işğalı iyulun 30-dan bu yana davam edir. Tərəfdarlarının İraq parlamentinə basqın etməsindən sonra ilk dəfə açıqlama verən Müqtəda Sədr parlamentin buraxılmasını və növbədənkənar ümumi seçkilərin keçirilməsini istəyib və seçkilərə qatılıb-qatılmayacağına hələ qərar vermədiyini bildirib.

Ölkədəki böhrandan çıxmaq üçün təklif edilən dialoq təşəbbüslərinə toxunan Sədr, Koordinasiya Qrupuna toxunaraq “Onlarla dialoqun faydası yoxdur. Biz onları sınadıq və onlar vətənə zərər verməkdən başqa heç nə etmədilər. İslahat naminə şəhidliyə hazıram. Mən heç vaxt qan tökülməsini istəməmişəm və istəməyəcəyəm, amma islahat qan tələb edir”-deyib.

 Xatırladaq ki, Sədr Qrupu ilə üzbəüz Koordinasiya Qrupuna bağlı Qanunçuluğun Dəstəklənməsi və Dövlət Qurumlarının Müdafiəsi üzrə Koordinasiya Komissiyasının tərəfdarları avqustun 1-də Bağdadda asma körpünün yaxınlığında toplaşaraq Yaşıl Zonaya doğru yürüş ediblər. Qrup, İraqın baş naziri Mustafa Əl-Kazimi əleyhinə şüarlar səsləndirərək gəldikləri Yaşıl Bölgədə təhlükəsizlik qüvvələrinin qurduğu konkret maneələrdən birincisini aşmışdı. Yaşıl Zonada ikinci maneəni keçmək istəyən etirazçıların qarşısını təhlükəsizlik qüvvələri kəsib.