Müqəddəs Qumda həzrət Məsumənin (ə) şəhadət gecəsi əzadarlıq mərasimi

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qumda Əhli-beytin müqəddəs hərəmində, Həzrət Məsumənin şəhadət gecəsi əzadarlıq mərasimi keçirilib. Mərasimdə Höccətülislam və müslimin “Seyyid Hüseyn Hüseyni Qumi” nitqi söyləyib, “Seyyid Mehdi Mirdamad” və “Mehdi Rəsuli” isə rövzə və mərsiyyələr deyiblər.