Müqavimət Cəbhəsi düşmənə raketlərlə cavab verib

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, Fələstin Müqavimət Qüvvələri bu gün işğal altındakı Qüds və Təl-Əvivin yaxınlığına və bir çox sionist yaşayış məntəqələrinə raket zərbələri endirib. Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Briqadaları Müqavimət Qüvvələrinin işğal altındakı Qüdsə raketlər atdığını açıqlayıb. Qüds Briqadaları həmçinin Sidirut qəsəbəsini raketlərlə, İsrail rejiminin Nirimdəki mərkəzini isə top mərmiləri ilə vurduqlarını açıqlayıb. İsrail mənbələri həmçinin Təl-Əviv və işğal altındakı Qüdsün yaxınlığında həyəcan təbili və siren səslərinin eşidildiyini açıqlayıb. Şəhid ƏbuƏli Mustafa Briqadaları isə İsrailin Kisufim hərbi bazasını 120 millimetrlik top güllələri ilə yandırdıqlarını qeyd edib. Digər tərəfdən, işğal altındakı Fələstinin Nəkəb səhrasının qərbində siren səslərinin eşidilməsi xəbərlərə də öz əksini tapıb.